- Baxış sayı: 43
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Milli komandamızın voleybolçusu Vüqar Bayramovun Misir Superliqasında şərəfini qoruduğu «Smoha» klubu növbəti matçına çıxıb.
Allsport.az saytı xəbər verir ki, İsgəndəriyyə təmsilçisi 17-ci turda evdə «Armiya» komandası ilə görüşüb. Oyun 3:1 rəqibin qələbəsi ilə tamamlanıb. Bu, həmyerlimizin formasını geyindiyi kollektivin mövsümdə ilk yenilgisi olub.
Matç Vüqar Bayramov üçün də düşərli olmayıb. Voleybolçumuz belindən zədələnib. Millinin oyunçusu bizə açıqlamasında bildirib ki, həkimlər ona növbəti 2 görüşdə meydana çıxmamağı tapşırıblar:
«Rəqib komanda da itkisiz irəlilədəyi üçün, indi onlar bizdən qabağa keçdilər. Əslində, böyük ehtimalla, bu matçı qazanmalı idik. Oyunda birdən qopma oldu. Misir Superliqasında gərginlik var. «Smoha» ilə yanaşı, «Zəmələk», «Armiya» və «Sportinq» yarışın favoritlərindəndir. 6 qarşılaşmadan sonra müəyyən məsələlərə aydınlıq gələcək».