DÇ-2014
“Smolyan-Zirvə”nin nümayəndəsi 6-cı yeri tutub

Qazaxıstanın Almatı şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında Zirve İnternational Sport Clubs-ın Bolqarıstan filialının idmançısı da körpücük üzərinə çıxıb. Allsport.az saytı xəbər verir ki, “Smolyan-Zirvə”nin nümayəndəsi olan Milka Maneva qadınların yarışında 69 kq çəki dərəcəsində çıxış edib.

Olimpiya oyunlarının iştirakçısı, ilk dünya çempionatının gümüş medalçısı olan Maneva birdən qaldırma hərəkətində 102 kq, təkanla qaldırma hərəkətində isə 132 kq-ın öhdəsindən gəlib. Toplamda 234 kq nəticə göstərən Milka, bu çəki dərəcəsində 6-cı yeri tutub.

Qeyd edək ki, bu, Manevanın şəxsi rekordudur. O, London Olimpiadasında 233 kq nəticə göstərmişdi. Üstəlik, Maneva “Zirve İnternational Sport Clubs”-ın hələ ki, ən yaxşı çıxış edən atletidir.

Həmin kateqoriyadan