SOCAR və UEFA arasında tərəfdaşlığa son

UEFA-nın SOCAR-la əməkdaşlığı sona yetib. Allsport.az saytı xəbər verir ki, bu barədə Almaniyanın “Deutschlandfunk” nəşri məlumat yayıb. Artıq Azərbaycan şirkətin loqosu qurumun rəsmi saytında da yoxdur.

Tərəfdaşlıq dayansa da, şirkət Avro-2020-nin Bakı olimpiya stadionunda keçiriləcək 4 oyununu maliyyələşdirəcək. SOCAR 2016-cı ildə keçirilən Avropa çempionatının sponsorlarından idi. Şirkət həmin vaxt turnir üçün 90 milyon avro xərcləyib.

Ötən ilin oktyabrında Qarabağda baş verən müharibə zamanı, Ermənistan futbol federasiyası SOCAR-ın döyüşlər vaxtı təbliğat aparması, rəsmi sosial media səhifələrində aqressiv mesajlar verməsi iddiası ilə UEFA-ya müraciət edərək, SOCAR-la əməkdaşlığın yenidən nəzərdən keçirilməsini istəmişdi.

Həmin kateqoriyadan