- Baxış sayı: 54
- 19 Dekabr 2025 23:03
- Baxış sayı: 126
- Dekabr 19, 2025
- 0


İsrailin paytaxtı Təl-Əvivdə cüdoçuların “Böyük dəbilqə” turniri sona yetib. Allsport.az saytı xəbər verir ki, yarışın 3-cü günündə Azərbaycan milli 1 dəst medal qazanıb.
Zelim Kotsoyev (100 kq) 1-ci, Uşanqi Kokauri (+100 kq) 2-ci, və Məmmədəli Mehdiyev (90 kq) 3-cü olub.
Yarışın ilk günündə 66 kq-da Orxan Səfərov gümüş medala yiyələnmişdi. Azərbaycan medal əyarına görə ümumi hesabda 5-ci, kişilər arasında 2-ci yeri tutub.
“Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanıblar.