- Baxış sayı: 86
- 23 Noyabr 2025 10:00
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

Bu gün Mingəçevir şəhərində yerləşən “Kür” olimpiya tədris-idman mərkəzində III MDB oyunlarında taekvondo yarışı başa çatdı. Allsport.az saytı xəbər verir ki, 2-ci yarış günündə 11 təmsilçimiz mükafatçılar sırasında yer aldı.
Vasif Səlimov 68 kq-da qızıl medal qazandı. Digər 10 taekvondoçumuz – Səmərrux Osmanova, Zemfira Həsənzadə (hər ikisi – 49 kq), Nigar Abdullayeva, Leyla Bəşirova (57 kq), Fuad Məhərrəmli, Məhəmməd Həsənli (58 kq), Zemfira Aslanova, Nərmin Ənsəri (67 kq), Rza Əsədli (80 kq) və Xan Məmmədzadə (+87 kq) çıxışını bürünc medalla başa vurdular.
Beləliklə, taekvondoçularımız III MDB oyunlarını 22 medalla bitirdilər.