- Baxış sayı: 48
- 18 Aprel 2025 16:43
- Baxış sayı: 91
- Aprel 21, 2025
- 0
Tatarıstanın paytaxtı Qazanda BRICS oyunlarına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, boksçularımızdan Seyid Seyidov (86 kq) gümüş, Nəbi İsgəndərov (67 kq), Mirşərif Kazımzadə (75 kq), Tural Sarıyev (48 kq) və Vətən Hüseynli (92 kq) bürünc medal qazanıblar.
Qılıncoynatmanın sablya növü üzrə oğlanlardan ibarət millimiz 2-ci, şpaqa qızlarımız 3-cü yer tutublar.
Cüdoçularımız Musa Huseynli (90 kq) və Camal Feyziyev (+100 kq) bürünc mükafata yiyələniblər.
Ümumilikdə, idmançılarımız yarışları 34 medalla başa vurublar. Onlardan 4-ü qızıl, 9-u gümüş, 21-i isə bürüncdür. Bu nəticə ilə Azərbaycan oyunlarda medal qazanan 32 ölkə arasında 7-ci yer tutub.