Son medallar veteranların arasında bölündü

Azərbaycan idmanının lider klublarından biri – “Zirvə” İdman Klubunun beynəlxalq layihəsi olan “Zirve İnternational Sport Clubs” çərçivəsində klublarası ilk dünya çempionatının final mərhələsi başa çatıb. Allsport.az xəbər verir ki, dekabrın 24-25-də Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən “Altınpark-Akarsu” İdman Kompleksində keçiriləcən bu turnirdə Azərbaycandan başqa 10 ölkədən – Türkiyə, Rusiya, ABŞ, Gürcüstan, Bolqarıstan, Polşa, Belarus, İran, Ukrayna və Moldova – olan filiallarımızın idmançıları iştirak ediblər.

Körpücük üzərinə son olaraq veteran idmançılar çıxıblar. Ukraynalı Andrey Gentoş toplam 333 kq (156+177) nəticə və 413.13 xalla qızıl medala sahib çıxıb. Digər iki pilləni isə müvafiq olaraq Vladimir Jilyayev (202 kq nəticə və 409.48 xal) və Tağıyev Zəfər tutublar (242 kq nəticə və 362.07 xal).

Həmin kateqoriyadan