- Baxış sayı: 187
- 11 Sentyabr 2025 18:27

- Baxış sayı: 207
- Dekabr 19, 2025
- 0


Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına yekun vuran çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində bu gün son oyununu keçirib.
Allsport.az xəbər verir ki, Türkiyə komandasına qarşı oyun 4:2 hesabı ilə millimizin qələbəsi ilə nəticələnib.
Amid Nəzərovun dubl etdiyi oyunda komandamızın digər qollarını Fuad Hüseynov və İsa Zeynallı vurub.
Bu komandalar arasında daha əvvəl keçirilmiş iki qarşılaşma müvafiq olaraq, 4:3 və 4:2 hesabı ilə Türkiyə millisinin xeyrinə nəticələnmişdi.