- Baxış sayı: 35
- 31 Mart 2026 21:42
- Baxış sayı: 776
- Mart 30, 2026
- 0

“Zirə” premyer liqanın 27-ci turunda evdə “Səbail”ə 2 cavabsız qol vurub. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov bunu söyləyib:
“Maraqlı oyun alındı. Çempionatın son oyunları psixoloji cəhətdən çətin keçir. İlk dəqiqədən futbolçularım meydanda tapşırdıqlarımı etdilər. 2-ci hissəyə daha inamlı başladıq. İki qoldan sonra uşaqlarda hesabı qorumaq fikri formalaşdı.
2-ci qolu vurduqdan sonra oyun daha çətin oldu. Bir oyunumuz qalıb, ona köklənəcəyik. Sevinməyə vaxtımız yoxdur. Vacib səfər oyunumuz var. Futbolçuların bu matçın məsuliyyətini başa düşür”.