- Baxış sayı: 45
- 05 Noyabr 2024 12:01
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Allsport.az xəbər verir ki, may ayının 25-27-də Şüvəlan qəsəbəsindəki ağır atletika akademiyasında keçirilən yeniyetmələr arasında Azərbaycan birinciliyində son yarış gününə start verilib.
Turnirdə iştirak üçün ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri təmsil edən rekord sayda – 150-yə yaxın atlet qeydiyyatdan keçib.
Körpücük üzərinə ilk olaraq çəkisi 73 kq-a qədər olan atletlər çıxıblar. Mahmut Qədirov toplam 256 kq (118+138) nəticə ilə qızıl medala layiq görülüb.
Gümüş medal toplam 254 kq (114+140) nəticə göstərən Turan Əliyevə, bürünc medal isə toplam 236 kq (111+125) nəticə göstərən Nihat Vəliyevə qismət olub.
Təbrik edirik!