- Baxış sayı: 36
- 19 Mart 2026 23:41
- Baxış sayı: 40
- Mart 19, 2026
- 0

“Sumqayıt” premyer liqanın XIII turunda səfərdə “Şamaxı”nı 2:1 hesabı ilə məğlub edib.
Allsport.az xəbər verir ki, görüşdən sonra keçirilən mətbuat konfransında “kimyaçılar”ın məşqçisi Veliçko Kaplanoviç qələbə qazandıqları üçün sevincli olduqlarını bildirib: “Sona qədər xarakter göstərdik. Bəzi itkilərimiz də var idi. “Şamaxı” kimi komandadan ilk qolu buraxdıqdan sonra oynamaq biraz çətin olur. Lakin biz bunun öhdəsindən gəldik, geridönüş edərək 3 xalı qazandıq. Futbolçuları və azarkeşlərimizi təbrik edirəm”.