“Sonda biz qazandıq”

18 mayda “Kəpəz” Tovuzda “Zirə”yə 0:1 uduzdu. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Adil Şükürov bunu dedi:

“Azarkeşlərə təşəkkür edirəm. Onlar sonadək “Kəpəz”i dəstəklədilər. Sonda biz qazandıq. Ciddi, nizamlı komanda qurmuşuq

Rəvan Həmzəzadə ölkənin ən yaxşı hakimlərindəndir. Ona böyük hörmətim var – çox ədalətli və peşəkardır. Futbolçulara oynamağa imkan verir. Yersiz fit çalıb sürəti aşağı salmır.

Ola bilər, kənardan onunla sərt şəkildə görüşüb sağollaşdım. Amma əslində belə deyil. Sadəcə, möhkəm salamlaşmalısan ki, qarşıdakı öz əlinin kişi əlinə dəydiyini hiss etsin”.

Həmin kateqoriyadan