- Baxış sayı: 25
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 115
- Noyabr 28, 2024
- 0
Premyer liqasının 3-cü turu “Zirə”nin futbolçusu Soni Norde üçün əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, 30 yaşlı hücumçu “qartallar”ın heyətində qol siftəsi edib. Haitili legionerin qol hesabını açması “Sabah”la oyuna (1:1) təsadüf edib.
“Zirə”də cari mövsümdə debüt edən Norde buna 3-cü matçında nail olub.
Soni klubumuzun tarixinə ölkə çempionatında qol vuran 36-cı futbolçu kimi düşüb. Haitiliyə qədər buna 35 oyunçu gerçəkləşdirib. Soni cari mövsümdə bu siyahıya düşən ikinci futbolçumuzdur. Ötən turun “Neftçi” ilə qarşılaşmasında (1:0) Cavid Hüseynov ilk dəfə “Zirə” formasında fərqlənmişdi. Hər iki oyunçu ev matçında qol hesabını açıb.
Qeyd edək ki, “Zirə”nin bütün turnirlərdə keçirdiyi oyunları nəzərə almaqla Norde klub tarixində qol müəllifi olan 59-cu futbolçudur. Ona qədər premyer liqa, 1-ci divizion və Avropa liqasında ümumilikdə 58 oyunçu rəqib qapısına yol tapmışdı.