Soydaşımıza – Ağabəylilərə Ukraynada növbəti yüksək etimad!

Ukraynanın Nikolayev şəhərində yaşayan soydaşımız Ramil Ağabəyov (şəkildə sağda) yüksək vəzifəyə təyin edilib. Allsport.az saytı xəbər verir ki, o, eyni adlı vilayətin rayonlarının birinə hərbi-inzibati administrasiyaya sədr və vilayət hərbi-inzibati administrasiyasının rəhbəri Vitali Kimə müavin təyin olunub.

Həmyerlimiz, həm də Nikolayev radasının deputatıdır (“Sluqa naroda” fraksiyası). Yeniyetmə dövründən kikboksla məşğul olur. Peşəkar karyerasında son uğuru ötən il Xorvatiyada VAKO versiyası üzrə keçirilmiş Avropa kubokunda qazandığı qızıl medaldır.

Rusiyanın məlum hücumundan sonra könüllü Ukraynanın müdafiəsinə qalxıb, atası Zaur Ağabəyovla çiyin-çiyinə şücaət göstərir. Bu xidmətlərinə görə ailə dəfələrlə hökumət tərəfindən fəxri fərman və mükafatlara layiq görülüblər. Ötən ilin dekabrında Bakıda diasporla iş üzrə dövlət komitəsi yekun hesabat tədbirində yurd dışında göstərdikləri xidmət müqabilində, Ukraynada 3 nəfər “Azərbaycan diasporunun fəaliyyətinə verilən mühüm töhfəyə görə” medalı ilə ödülləndirilib. Onların sırasında Ukrayna Azərbaycanliları Radasının Nikolayev təşkilatının rəhbəri Zaur Ağabəyov da olub.

Həmyerlilərimiz əslən Salyandan, məşhur Ağabəylilərdəndir; Əlibəy Hüseynzadə Turanın soyundandır. Böyük filosofun əmisi oğlu (Əlibəy ana familiyasını götürüb) Sadıq bəy Ağabəyzadə, Azərbaycan Demokratik Respublikasının daxili işlər nazirinin müavini, ölkəmizdə polis sisteminin qurucusu olub. Həmyerlimizin Lvovda dünyasını dəyişib. Liçakovski qəbiristanlığının 84-cü sırasında dəfn edilib. Lvov şəhərində onun adını daşıyan küçə var.

Həmin kateqoriyadan