“Söyləmişdim ki, çəkinmək lazım deyil”

Azərbaycan premyer liqasının XV turunun “Şamaxı” – “Kəpəz” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov mətbuat konfransında iştirak edib.

Allsport.az xəbər verir ki, Bağırov oyun haqda bunu deyib:

“Maraqlı oyun alındı. Penaltini dəqiq yerinə bilmədik. Rəqibin nə qədər döyüşkən komanda olduğunu bilirdik. Ayxan Abbasov yaxşı kollektiv formalaşdırıb. Sarı vərəqə limitini dolduran, zədəli futbolçuları vardı. Maksimum şəkildə bundan yararlanmağa çalışdıq. Uşaqlara söyləmişdim ki, çəkinmək lazım deyil. Futbolçulara minnətdaram, döyüşdülər və səfərdə qələbə qazandıq”.

Həmin kateqoriyadan