“Söz verə bilərəm ki…”

Allsport.az saytı xəbər verir ki, “Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk, premyer liqanın 7-cu turunda səfərdə “Qarabağ” ilə 7-ci tur oyunundan (0:4) sonra mətbuat konfransında açıqlama verib:

“Bu gün ölkədə iki bayram qeyd olunur. Azarkeşlərimizi, hamını hər iki bayram münasibətilə təbrik edirəm. Təəssüf ki, bayram günündə azarkeşlərimizi sevindirə bilmədik. Məni ən çox narahat edən budur.

Amma söz verə bilərəm ki, çox qısa zamanda onlara bu sevinci yaşadacağıq. Ümid edirdik və çox istərdik ki, topa daha çox nəzarət edib hücumlar edək. Amma bunu istədiyimiz səviyyədə gerçəkləşdirə bilmədik”.

Həmin kateqoriyadan