- Baxış sayı: 109
- 27 Fevral 2026 21:37
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Şpaqa üzrə kişilərdən ibarət yığma komandamız Xorvatiyanın Poreç şəhərində yeniyetmə və gənclərin Avropa birinciliyində çıxışını başa vurub.
Allsport.az xəbər verir ki, kişi şpaqaçılarımız komanda yarışında 21 komanda arasında 9-cu olub.
Ruslan Həsənov, Xalid Əliyev, Barat Quliyev və Fərrux Səfərovdan ibarət komandamız 9-cu yer uğrunda görüşdə Almaniyanın gənc kişi şpaqaçılardan ibarət yığması üzərində 40:39 hesablı qələbə qazanıb.