- Baxış sayı: 230
- 04 Fevral 2026 12:54
- Baxış sayı: 97
- Fevral 06, 2026
- 0
İsveçrənin Bern şəhərində qılıncoynadanların qran-prisi keçirilib. Allsport.az saytı xəbər verir ki, millimiz həm fərdi, həm də komanda yarışında iştirak edib.
Kənan Əliyev qrup mərhələsində keçirdiyi 6 görüşdən 4-də qalib gəlib. Şpaqaçımız pley-offda isveçrəli Bryus Brunolda 12:15 hesabı ilə uduzub.
Qrupda keçirdiyi 6 görüşdən 1-də qalib gələn Barat Quliyev, Ruslan Həsənov və Xalid Əliyev mübarizəni erkən başa vurublar.
Komanda yarışında 1/16 finalda Fransa ilə qarşılaşan şpaqaçılarımız 16:45 yeniliblər.