- Baxış sayı: 14
- 04 Fevral 2026 13:57
- Baxış sayı: 153
- Fevral 02, 2026
- 0

Ayaz Quliyev qış transfer dönəmində Moskva “Spartak”ından ayrıla bilər.
Allsport.az xəbər verir ki, paytaxt təmsilçisi Ayazla yanaşı, gürcüstanlı yarımmüdafiəçi Cano Ananidzeni də göndərmək niyyətindədir.
Ayaz bu ilin yanvarında “Rostov”dan “Spartak”a keçib. Quliyev Rusiyanın U-21 yığmasında çıxış edib. 23 yaşlı yarımmüdafiəçi əsas yığma ilə bağlı seçimini etməyib. Onun Azərbaycan millisində oynamaq variantı var.