“Spartak”ın baş məşqçisi “Rəvan”la cavab matçından danışdı

Rusiyanın “Spartak” klubunun U-19 komandasının baş məşqçisi Vladimir Besçastnıx UEFA Gənclər Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Azərbaycanın “Rəvan” klubuna qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini bölüşüb. Allsport.az xəbər verir ki, o, Bakıda baş tutacaq oyunla bağlı klub saytına açıqlamasında bunları söyləyib:

“İlk oyunda 4:0 hesabıyla qalib gəlsək də, uşaqlar cavab görüşündə də peşəkar olduqlarını göstərməli və oyundan həzz almalıdırlar. Futbolçularımızın hamısı yığma komandalara dəvət almır. Bu üzdən də UEFA-nın təşkil etdiyi belə bir turnirdə iştirak etmək onlar üçün qiymətsiz təcrübədir. Onlar bu beynəlxalq turniri səbrsizliklə gözləyirdilər. Komandamız UEFA Gənclər Liqasında məmnuniyyətlə iştirak edir. Növbəti mərhələdə hansı komanda ilə qarşılaşacağımıza gəlincə, bizim üçün bunun ciddi fərqi yoxdur. Həm “Şalke” (Almaniya), həm də “Ayaks” Avropanın tanınmış klublarındandır (bu komandalar arasındakı ilk oyunda hollandlar 3:2 hesabıyla qalib gəliblər). Ona görə də hansı ilə qarşılaşsaq, bizim üçün maraqlı olacaq”.

Həmin kateqoriyadan