- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Avroliqanın qrup mərhələsinin son görüşündə «Qarabağ» klubunun evdə Milan «İnter»i ilə matçda son dəqiqədə vurduğu qolun qeydə alınmamasına Bolqarıstan mediası da biganə qalmayıb. Allsport.az xəbər verir ki, bu ölkənin Sportal.bg saytı qalmaqallı oyundan yazıb.
Həmkarlarımız, 94-cü dəqiqədə ev sahiblərinin yarımmüdafiəçisi Almeydanın top zərbəsinin rəqib futbolçu Donkora dəyərək, istiqamətini dəyişib qapıya daxil olmasını qeyd ediblər və təəssüflə bildiriblər ki, həmin an yan xətt hakimi Leroy Corcun ofsayda olduğununa qərar verib.