- Baxış sayı: 25
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 148
- Dekabr 04, 2025
- 0

“Yuventus”un baş məşqçisi Luçiano Spalletti çempionlar liqasının dördüncü turunda “Sportinq”lə 1-1 hesablı heç-heçə ilə bağlı fikrini bildirib.
Allsport.az xəbər verir ki, o, komandasının oyunundan məmnun olduğunu söyləyib: “Biz xarakterimizi göstərdik və uşaqlar matçı qazanmaq istəyini nümayiş etdirdilər. Əgər belə oynamağa davam etsək, bəhrəsini görəcəyik. “Sportinq”ə qarşı oynamaq asan deyil, onların sürətli və texniki oyunçuları var və komandasını mükəmməl şəkildə formalaşdıran çox yaxşı məşqçiləri var”.
Turin komandasının üç xalı var və turnir cədvəlində 23-cü, Lissabon komandası isə yeddi xalla 10-cu yerdədir.