Startda 5 debüt

Premyer liqanın ilk turunun “Səbail”lə səfər oyunu (0:1) 5 futbolçunun “Zirə”də debütü ilə əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, bunlar yerli oyunçular Elvin Camalovla Cavid Hüseynov, həmçinin legionerlər Boyan Zoqoviç, Anastasios Papazoqlu və sonradan meydana daxil olan Soni Nordedi.

Bu “beşlik” ilk dəfə “qartallar”ın heyətində rəsmi matça çıxıb. “ASCO Arena”dakı görüşədək 72 futbolçu Premyer Liqada “Zirə” forması geyinmişdisə, debütantlar bu rəqəmi 77-yə çatdırıblar.

Cavidlə Elvinin ilk oyuna çıxması ilə yerli futbolçuların sayı 39-a yüksəlibsə, legionerlər 38-ə qədər artıb.

Həmin kateqoriyadan