Stend atıcılığı üzrə “Bakı Birinciliyi 2024”-ün qalibləri

Stend atıcılığı idman növü üzrə “Bakı Birinciliyi 2024” keçirilib.

Allsport.az xəbər verir ki, Bakı atıcılıq mərkəzində start götürən yarış Bakı şəhər gənclər və idman idarəsi və Azərbaycan atıcılıq federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Fərqli idman klublarını təmsil edən 40-dan çox gənc idmançı stend atıcılığının dairəvi stend və səngər stendi növləri üzrə fərdi, həmçinin qarışıq komanda yarışlarında mübarizə aparıblar. 3 gün gərgin mübarizə şəraitində keçən final yarışlarından sonra çempionatda qalib gələn idmançılar medal və diplomlarla təltif olunublar.

Dairəvi stend atıcılığı üzrə qızlar arasında keçirilən yarışın qalibləri:
1. Daniyella Ulanova
2. Cəmilə Paşayeva
3. Minayə Novruzova

Oğlanlar arasında keçirilən yarışın qalibləri:
1. Məhəmməd Teyyublu
2. Aslan Qurbanov
3. Hüseyn Mahmudov

Səngər stendi üzrə qızlar arasında keçirilən yarışın qalibləri:
1. Aylin Quliyeva
2. Nərmin Cəfərova
3. Nərmin Bədəlli

Oğlanlar arasında keçirilən yarışın qalibləri:
1. Mürtəza Novruzlu
2. Mirzə Meybullayev
3. Kamil Mədətov

Dairəvi stend qarışıq komanda yarışının qalibləri:
1. Daniyella Ulanova
1. Eldar Əjdərov
2. Cəmilə Paşayeva
2. Murad Allahverdiyev
3. Məhəmməd Teyyublu
3. Minayə Novruzova

Səngər stendi qarışıq komanda yarışının qalibləri:
1. Nərmin Bədəlli
1. Mirzə Meybullayev
2. Cəlal Məmmədov
2. Nərmin Cəfərova
3. Mürtəza Novruzlu
3. Həqiqət Cəfərova

Həmin kateqoriyadan