- Baxış sayı: 74
- 27 Fevral 2026 22:13
- Baxış sayı: 134
- Mart 19, 2026
- 0

Mayın 12-də Bakı atıcılıq mərkəzində stend atıcılığı üzrə ölkə kuboku başlayıb. Allsport.az saytı xəbər verir ki, mayın 15-dək davam edəcək yarış stend atıcılığının səngər və dairəvi növlərində – kişilər, qadınlar və qarışıq komanda kateqoriyalarında keçiriləcək.
Turnirə ölkəmizin müxtəlif şəhər və rayonlarından, ümumilikdə 41 idmançı qatılıb. Yarışın birinci günündə 22 atlet – qarışıq komanda növündə 10, qadın və kişilərin fərdi kateqoriyası turnirində 12 idmançı gücünü sınayır.
Bu gün tədbirin açılışı olub. AAF-in baş katibi Emin Cəfərov turnirin təşkil edilməsində əsas məqsədin beynəlxalq yarışlarda idmanın bu növündə ölkəmizi yüksək səviyyədə təmsil edə biləcək istedadlı gənclərin aşkarlanması olduğunu bildirib.