Stiven Siqalı “Dostluq” ordeni ilə təltif edib

Vladimir Putin, aktyor Stiven Siqala “Dostluq” ordeni verilməsi haqqında fərman imzalayıb. Allsport.az saytı xəbər verir ki, Rusiya Federasiyası prezidentinin müvafiq fərmanı hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.

“Beynəlxalq mədəni və humanitar əməkdaşlığın inkişafına verdiyi böyük töhfəyə görə Stiven Frederik “Dostluq” ordeni ilə təltif edilsin”, – sənəddə deyilir.

Aykido üzrə 7-ci dan Stiven Siqal 2016-cı ildə Rusiya vətəndaşlığını qəbul edib.

Həmin kateqoriyadan