Stolüstü tennisçilər Sloveniyaya yollanıblar

Yeniyetmələr Otocec şəhərində təşkil olunan avroistedadların seçim düşərgəsində iştirak edəcəklər. Allsport.az saytı xəbər verir ki, toplanışda millinin baş məşqçisi Mixail Timofeyevlə məşqçi Elnur Hidayətzadənin rəhbərliyi ilə Onur Quluzadə, Yağmur Məmmədli və Xədicə Eylazova bacarığını göstərəcək.

Sloveniya sınaqlarında etimadı doğruldan idmançılar Avropanın ən istedadlı tennisçiləri sırasında yer alaraq, beynəlxalq federasiyanın növbəti toplanışlarına qatılmaq hüququ qazanacaqlar. Təlim-məşqə oktyabrın 23-də yekun vurulacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish