Stolüstü tennisçilər Türkiyəyə yollanıb

Yeniyetmə və gənc stolüstü tennisçilərimiz ilin son təlim-məşqini Türkiyənin Yalova şəhərində keçirəcəklər. Allsport.az saytı xəbər verir ki, qarşıdakı Avropa çempionatına hazırlıq məqsədi daşıyan toplanışda Adil Əhmədzadə, Onur Quluzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Toğrul Məhəmmədov, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Arzu Aslanova iştirak edəcəklər.

Seçmə komandanın məşqçiləri Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə bu gün start veriləcək hazırlıq prosesi dekabrın 23-də yekunlaşacaq. Toplanış çərçivəsində yerli idmançılarla yoxlama görüşlərinin keçirilməsi də nəzərdə tutulur.

Bu, seçmə komandamızın cari ildə Türkiyədə təşkil olunan ilk təlim-məşq toplanışı deyil. Stolüstü tennisçilərimiz 27 aprel – 7 may tarixlərində də Yalova şəhərində hazırlıq keçmişdilər.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish