- Baxış sayı: 34
- 13 Aprel 2026 10:24
- Baxış sayı: 34
- Aprel 13, 2026
- 0

Seçmənin üzvləri Zemfira Mikayılova ilə Mərziyyə Nurmətova növbəti dəfə “Masader Spor Klubu” tərəfindən dəvət alıb. Allsport.az saytı xəbər verir ki, idmançılarımız yarışın 2-ci turunun oyunlarında sözügedən komandanın uğurları üçün çalışacaqlar.
Ankara təmsilçisi Türkiyə çempionatının iddialı komandalarından sayılır və bu mövsüm də mükafatlar uğrunda mübarizə aparmaqdadır.
Stolüstü tennisçilərimizin qardaş ölkədə çıxışına gəldikdə isə, ASTF-nin bu təklifi müsbət qarşılaması, idmançıların oyun təcrübəsinin artırılması və qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.