Suarez cəzalandı

Luis Suares diskvalifikasiya səbəbindən MLS pley-offunun ilk raundunun “Neşvill” ilə həlledici matçını buraxacaq.

Allsport.az xəbər verir ki, uruqvaylı futbolçu rəqibin müdafiəçisi Endi Naxaranı təpiklədiyi üçün bir oyunluq cəza alıb.

Matçın hakimi oyun zamanı bu folu qeydə almasa da, MLS-in intizam komitəsi Luis kənarlaşdırmaq qərarına gəlib.

Pley-offun əvvəlki görüşlərində həm “İnter Mayami” (3:1), həm də “Neşvill” (2:1) bir dəfə qələbə qazanıb.

Həmin kateqoriyadan