- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Çox xoşbəxtəm, hisslərimi sözlə ifadə edə bilmirəm. Rəqibi fəndə salanda və olimpiya oyunlarının mükafatçısı olduğumu dərk edəndə, sadəcə, daxilimdə hər şey çevrildi”.
Allsport.az saytı xəbər verir ki, bunu cüdoçumuz İrina Kindzerska (+78 kq) deyib. Tokio-2020-də 3-cü yer tutan legionçumuz, gözləntilərini və hisslərini açıqlayıb: “Maksimal dərəcədə köklənmiş və hazırlıqlı idim. Hamıya sübut etmək istəyirdim ki, Azərbaycanda qadın cüdosu ciddi şəkildə mövcuddur. Çalışmaq və çalışmaq lazımdır. Bu, qızların gələcək karyeraları üçün təkan olmalıdır”.
Kindzerska uğur qazanmaqda ona dəstək olanlara görə minnətdarlıq edib: “Öz məşqçilərimə, Azərbaycan cüdo federasiyasına, vitse-prezidentimiz Sadıq Sadıqova çox sağ ol demək istəyirəm. İnam və dəstək göstərib Azərbaycan komandasının bir parçası olmaq imkanı verdilər.
Nəyə qadir olduğumu sübut etdim. Yaşlı idmançı olsam da, onlar mənə inandılar. Həyat yoldaşıma, ailəmə, qohumlarına, atama, anama, qaynanama təşəkkür edirəm. Onlar nəticədən asılı olmayaraq həmişə mənimlə fəxr ediblər. Onlar üçün çempionam”.