- Baxış sayı: 41
- 20 Yanvar 2026 20:43
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

“Şaxtyor”un yarımmüdafiəçisi Georgi Sudakov “Benfika”ya keçib.
Allsport.az xəbər verir ki, Portuqaliya klubu 22 yaşlı futbolçunu 2025/26 mövsümünün sonuna kimi icarəyə götürüb. Müqaviləyə 2026-cı ilin yayında məcburi satınalma da daxildir.
Beş il ərzində “Şaxtyor”un əsas heyətində Sudakov 148 oyun keçirib, 35 qol vurub və 26 məhsuldar ötürmə edib. Onun Ukrayna millisində 29 oyunda 3 qolu var.