- Baxış sayı: 50
- 08 Fevral 2026 11:42
- Baxış sayı: 134
- Fevral 09, 2026
- 0

Qadınlar voleybolçuların Türkiyə 1-ci liqasının “A” qrupunda 22-ci turunda Azərbaycan millisinin üzvlərinin çıxış etdikləri komandalar növbəti görüşlərini keçiriblər. Allsport.az saytı xəbər verir ki, Yana Kulanın şərəfini qoruduğu “Çanaqqala Bələdiyyə” evdə “Saramiksan”ı yenib – 3:0 (25:21, 25:16, 25:22). Yığmamızın ən hündürboylu oyunçusu 16 dəfə fərqlənib.
Kseniya Qoçigidin (Poznyak) komandası “Beşikdaş” İstanbilda həmşəhərlisi “Əczaçıbaşı” klubuna uduzub – 1:3 (20:25, 25:23, 19:25, 22:25). Həmyerlimiz bu matçda cəmi 1 xal qazanıb. Sultanlar liqasının yarış cədvəlində “Çanaqqala Bld.” 34 xalla 6-cı, “Beşikdaş” 27 xalla 7-ci yerdədir.