- Baxış sayı: 31
- 24 Noyabr 2024 12:59
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Gürcüstanın Batumi şəhərində sumo üzrə yarış keçirilib. Allsport.az saytı xəbər verir ki, turnirdə ev sahibi ilə yanaşı, Azərbaycan, Rusiya, Ukrayna, Macarıstan, Polşa, İtaliya və Hindistandan 150 nəfər gücünü sınayıb.
Camal Feyziyev (+115 kq) finalda rusiyalı həmkarına da qalib gələrək 1-ci yer tutub. Yarışda ölkəmizi Nahid Vəliyev, Məhərrəm Eyvazov (hər ikisi – 70 kq), Əmrah Əhmədov, Elməddin Ramazanov (85 kq) və Rəsul Həsənov (92 kq) da təmsil ediblər.