”Sumqayıt” 400-ə çatdı

Azərbaycan premyer liqasının XXVII turunun “Turan Tovuz”la oyunu “Sumqayıt” üçün əlamətdar olub.
Allsport.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi premyer liqada 400-cü qolu vurub. 

2:1 hesabı ilə qalib gələn qonaqların ikinci qolu yubiley xarakteri daşıyıb. Bu topun müəllifi 64-cü dəqiqədə fərqlənən Bəbir Əbduxaliqov olub. 

“Sumqayıt” Azərbaycan çempionatları tarixində 400 və daha çox qol vuran 9-cu komanda olub.

Sumqayıtın eyniadlı təmsilçisi “400”ə 427-ci oyunda çatıb. Bu qollardan 210-u ev, 190-ı səfər matçlarında vurulub.

“Kimyaçılar”ın premyer liqadakı 1-ci qolunu Eşqin Quliyev 2011/12 mövsümündə vurub. O, 2011-ci il avqustun 6-da “Xəzər Lənkəran”la səfər matçında (1:2) fərqlənib.

Həmin kateqoriyadan

azenrutr