- Baxış sayı: 29
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 149
- Dekabr 04, 2025
- 0

“Sumqayıt” premyer liqada 75-ci ev qələbəsini qazanıb.
Allsport.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi buna 223-cü matçında nail olub.
Bu, Azərbaycan premyer liqasının VIII turuna təsadüf edib. Sumqayıtın eyniadlı klubu öz meydanında “Karvan-Yevlax”ı üstələyib – 4:1.
İlk ev qələbəsi 2011/12 mövsümünə təsadüf edən komanda 2011-ci il oktyabrın 30-da AZAL-a 2:1 hesabı ilə qalib gəlib. “Sumqayıt” ölkə çempionatlarının yüksək dəstəsində 75 və daha çox qələbə qazanan 12-ci komandadır.