- Baxış sayı: 31
- 07 Dekabr 2025 10:00
- Baxış sayı: 225
- Dekabr 05, 2025
- 0
Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” heyətini daha bir soydaşımızla gücləndirib. Allsport.az saytı xəbər verir ki,
“ağ göyərçinlər” güney Azərbaycandan Mehdi Şərifi ilə 2-illik müqavilə imzalayıb. Hücumçu yeni komandasında “70” nömrəli geyimdə çıxış edəcək.
Qeyd edək ki, Mehdi karyerası ərzində “Sepaxan” (74 oyun, 27 qol), “Traktorsazi” (37 oyun, 4 qol) və son olaraq isə “Perspolis” (4 oyun) klublarının şərəfini qoruyub. 26 yaşlı futbolçu 2 dəfə İran çempionu (2014/15, 2018/19), 2 dəfə isə ölkə kubokunun qalibi olub (2012/13, 2018/19).