- Baxış sayı: 46
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 177
- Fevral 06, 2026
- 0

Aprelin 25-də premyer liqada 24-cü turun oyunları keçiriləcək. Allsport.az saytı xəbər verir ki, “Zirə” həmin gün “Sumqayıt”ı qəbul edəcək. İndiyədək ölkə çempionatında rəqiblər 22 dəfə üz-üzə gəliblər.
Əvvəlki oyunlarda üstünlük ev sahiblərinin tərəfindədir. “Qartallar” 10 qələbə qazanıb və 6 heç-heçə edib. Digər 6 matçda “kimyaçılar” qalib gəlib. Bu üstünlük top fərqində də öz əksini tapıb.
29 qol vuran “Zirə” 21 top buraxıb. Öz meydanında “Sumqayıt”a qarşı keçirdiyi son 7 görüşdən qolsuz və xalsız ayrılmayıb.