- Baxış sayı: 15
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 114
- Noyabr 28, 2024
- 0
Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” heyətə daha 2 futbolçu cəlb edib. Allsport.az saytı xəbər verir ki, son çempionatı müvafiq olaraq “BATE Borisov” və “Torpedo Moskva”nın heyətində keçirmiş futbolçular – Camaləddin Xocaniyazov və Rəhim Sadıxovla 2-llik müqavilə imzalanıb.
Adı ilk çəkilən Sankt-Peterburq “Zenit”inin yetirməsidir. 2012-2016-cı illərdə adıçəkilən komandanın əsas və əvəzedici heyətlərində çıxış edib (10 oyun). Sonuncu klubu “BATE Borisov” (2 oyun) olan Cəmaləddin Rusiyanın “Ural” (1 oyun), “Baltika” (2 oyun), “Soçi” (8 oyun), “Amkar Perm” (1 oyun) və Danimarkanın “AGF Aarhus” (35 oyun, 1 qol) klublarının şərəfini qoruyub.
Moskva “Spartak”ının yetirməsi olan Rəhim Sadıxov isə peşəkar karyerası ərzində “Solyaris Moskva” (16 oyun) və “Torpedo Moskva”nın (71 oyun, 23 qol) uğurları üçün çalışıb. Rəhim Azərbaycanın U-17 və U-19 millilərində də çıxış edib.