- Baxış sayı: 29
- 31 Mart 2026 15:55
- Baxış sayı: 691
- Mart 30, 2026
- 0
Yeni mövsüm üçün transfer çalışmalarına start verən “Sumqayıt” ilk futbolçunu alıb.
Allsport.az saytı xəbər verir ki, son mövsümü “Zirə”də keçirmiş Vüqar Mustafayevlə 1-illik sözləşilib. O, 6 nömrəli geyimdə çıxış edəcək.
Yarımmüdafiəçi “Zirə” ilə yanaşı (79 oyun, 1 qol), “Bakı” (16 oyun), “Simurq” (13 oyun) və “Qarabağ”ın (6 oyun) uğurları üçün çalışıb.
U-21 (8 oyun) və “A” millimizin də (1 oyun) formasını geyinmiş Vüqar U-23 millimizin heyətində 4-cü İslam oyunlarının qalibi olub.