Sumqayıtda millimizi udanlar indi DÇ-də!

DÇ-2026-ya vəsiqə qazanan Haiti yığmasının 51 illik həsrətdən sonra gələn uğuru əsl əzmkarlıq nümunasədir. Lakin bu zəfər, xüsusilə infrastruktur və maliyyə baxımından daha üstün olan, lakin idarəetmə problemləri ilə boğuşan Azərbaycan futbolu üçün utancverici bir müqayisəyə də çevrilir.

Haitinin hekayəsi böyük çətinliklərlə doludur. Belə ki, ölkədəki siyasi böhran səbəbindən yığma bütün ev oyunlarını Kürasao adasında keçirməyə məcbur qalıb. Bundan əlavə, baş məşqçi Sebastiyan Minye ötən 18 ay ərzində heç Haitidə olmayıb. O, komandanı tamamilə distant şəkildə, telefon və rəqəmsal platformalar vasitəsilə idarə edib. Didərginlik, məşqçi yoxluğu və siyasi xaosun öhdəsindən gələn bu komanda, yalnız milli ruh və motivasiya ilə DÇ-yə vəsiqə qazana bildi.

Yada salaq ki, elə bu komanda martda Sumqayıta gələrək yoxlama oyununda millimizi 3:0 hesabı ilə darmadağın etmişdi. Bu, Haitinin Avropa təmsilçiləri üzərində qazandığı ilk qələbə idi.

AFFA-nın komandası isə adət halına aldığı kimi növbəti mundialı da “evdə”n izləyəcək.

Həmin kateqoriyadan