”Sumqayıt”da növbəti transfer

2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” klubu daha bir futbolçunun keçidini reallaşdırıb. 

Allsport.az xəbər verir ki, beninli cinah oyunçusu Əbdul Rəşid Mumini ilə 3 illik sözləşmə imzalanıb. 20 yaşlı müdafiəçi yeni komandasında “25” nömrəli formada çıxış edəcək.

“Sumqayıt” heyətini buna qədər Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom, Rayan Senhaci, Rüstəm Əhmədzadə və Nikola Ninkoviçlə gücləndirib.

Həmin kateqoriyadan