- Baxış sayı: 105
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 105
- Dekabr 05, 2025
- 0

Cari mövsümünün ikinci yarısı üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.
Allsport.az xəbər veri ki, “kimyaçılar” son olaraq Özbəkistanın “Nasaf” klubunda çıxış etmiş Bobur Əbdüxaliqovla 1 il uzatmaq şərti ilə mövsümün sonuna qədər sözləşmə imzalayıb. 27 yaşlı hücumçu “9” nömrəli formada çıxış edəcək.
Əbdüxaliqov “Nasaf”dan başqa Ukraynanın “Rux” (Lvov), Belarusun “Energetik” (Minsk) və Qazaxıstanın “Ordabası” klublarının şərəfini qoruyub. Özbəkistan millisinin futbolçusu adıçəkilən ölkənin U-19, U-22 və U-23 millilərində də çıxış edib.