- Baxış sayı: 34
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 34
- Dekabr 05, 2025
- 0

Bu gün “Sumqayıt” futbol klubunun müşahidə şurasının iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, “Azərikimya” İB-nin inzibati binasında baş tutan iclasda əsas komandamızın yeni baş məşqçisi Saşa İliç üzvlərə təqdim olunub.
UEFA peşəkar kateqoriyasına sahib 47 yaşlı serbiyalı mütəxəssis və onun köməkçiləri ilə 1-illik müqavilə imzalanıb.
İclasda müşahidə şurasının sədri Elnur Məmmədli çıxış edərək yeni baş məşqçiyə uğurlar arzulayıb və üzvlərə klubun yeni mövsümdəki planları barədə məlumat verib.
O bildirib ki, “Sumqayıt” Futbol Klubu olaraq daim Sumqayıt şəhəri və şəhər sakinlərinin dəstəyini hiss edirlər. Hər zaman komandanın yanında olan azarkeşləri sevindirmək üçün klub rəhbərliyi olaraq əllərindən gələni edəcəklər.
Sonra isə prezident Riad Rəfiyev komandanın növbəti mövsüm üçün hazırlıq planı və təlim-məşq toplanışı barədə çıxış edib.
Yeni baş məşqçimiz Saşa İliç isə ona etimad göstərib buraya dəvət etdikləri üçün klub rəhbərliyinə təşəkkürünü bildirib. Mütəxəssis “Sumqayıt”ın eyni adı daşıdığı şəhərin adına layiq çıxış etməsi üçün əlindən gələni edəcəyini və uğurlu mövsüm keçirməyə çalışacaqlarını deyib.
Saşa İliç daha sonra isə ev oyunlarımızı keçirdiyimiz Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu və “SOCAR Polymer” təlim-məşq bazası ilə tanış olub.