“Sumqayıt”da yeni legionçu

“Sumqayıt” 2025/26 mövsümü üçün daha bir futbolçunu heyətinə qatıb.

Allsport.az xəbər verir ki, komandamız son olaraq Türkiyənin “Sakaryaspor” klubunda çıxış etmiş Konqo millisinin üzvü mərkəz yarımmüdafiəçisi Nsana Simon ilə 2 il uzatma şərti ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

Fransanın “Lans” komandasının yetirməsi olan Nsana Simon karyerası boyunca adıçəkilən klubla yanaşı İsveçrənin “Sent Qallen”, Sloveniyanın “Bravo” və Türkiyənin “Sakaryaspor” klublarında çıxış edib.

Həmin kateqoriyadan