“Sumqayıt”dan yeni keçid

“Sumqayıt” Özbəkistan millisinin futbolçusunun keçidini reallaşdırıb.

Allsport.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi son olaraq Özbəkistanın Fərqanə şəhərini təmsil edən “Neftçi” klubunda çıxış etmiş Cəsurbəy Cəlaliddinovla mövsümün sonuna qədər müqavilə imzalayıb.

22 yaşlı yarımmüdafiəçi “Sumqayıt”ın heyətində 77 nömrəli formada çıxış edəcək.

Paris-2024 yay olimpiya oyunlarının iştirakçısı olmuş Cəsurbəy Cəlaliddinov karyerası ərzində “Bunyodkor”, “Andijan”, “Lokomotiv” (Daşkənd), “Olimpik” (hamısı Özbəkistan), “Lokomotiv” (Moskva), “Tambov” (hər ikisi Rusiya) və “Kayrat” (Qazaxıstan) klublarında çıxış edib. O, Özbəkistanın U-19, U-21, U-23 və əsas milli komandalarının da şərəfini qoruyub.

Həmin kateqoriyadan