- Baxış sayı: 213
- 03 Dekabr 2025 23:49
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0
Aprelin 10-da Azərbaycan Voleybol Mərkəzində qadın voleybolçular arasında Super Liqa yarışlarının final seriyasının ilk oyunları keçirilib. Allsport.az xəbər verir ki, üçüncü yer uğrunda görüşdə “Azəryol” və “Azərreyl” komandaları qarşılaşıb.
Görüşdə “Azəryol” komandası asanlıqla qələbə qazanıb – 3:0.
Qızıl medal uğrunda isə “Lokomotiv” və “Rabitə” komandaları üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən görüş “Rabitə”nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Final seriyasının cavab oyunları aprelin 12-də keçiriləcək.