- Baxış sayı: 44
- 06 Mart 2026 22:52
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

Fransa peşəkar futbol liqası (LFP) ölkə superkuboku uğrunda matçın yanvarın 8-də Küveytdə keçiriləcəyini təsdiqləyib.
Allsport.az xəbər verir ki, titul uğrunda PSJ və “Marsel” klubları mübarizə aparacaqlar.
Qaydalara əsasən, bu trofey ölkə çempionatının qalibi ilə kubokun qalibi arasında oynanılır. Lakin ötən mövsüm PSJ hər iki turniri qazandığı üçün, ikinci iştirakçı liqanın vitse-çempionu kimi “Marsel” olub.