- Baxış sayı: 45
- 05 Noyabr 2024 12:01
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) infrastruktur məsələlərinə böyük diqqətlə yanaşır. Allsport.az saytı xəbər verir ki, maddi-texniki bazanın yaradılması və yenilənməsi, fəaliyyətdə olan zal, tikili və digər məşq meydançalarının təmir-bərpası, hazır vəziyyətə gətirilməsi, məşq üçün maksimal şəraitin yaradılması təməl tələblərin yerinə yetirilməsidir. Federasiya bu istiqamətdə addımlarını sürəkləndirməkdədir. Ötən ay sizə Qobustandakı zalın təmir edilməsi ilə bağlı məlumat-süjet təqdim etmişdik. Artıq ölkənin ən tanınmış və yaşlı zallarından biri – Suraxanıdakı ağır atletika zalında da təmir-bərpa işləri aparılıb.
Bakı şəhəri, Suraxanı rayonunda yerləşən Azərbaycan Respublikası Təhsil Nazirliyinin balansındakı “Təhsil” Respublika İdman Mərkəzinin 1 N-li Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin ağır atletika zalında çoxdan gözlənilən təmir işləri bugünlərdə yekunlaşdırılıb. İçəridəki taxta döşəmələr yenilənib, paltardəyişmə otağı, divar və döşəmələri, həmçinin sanitar qovşaq təmir edilib, istifadəyə hazır vəziyyətə gətirilib. Azərbaycanın dayaq ağır atletika zallarından biri olan bu zal ötən əsrin 50-ci illərindən fəaliyyət göstərir. Sonuncu dəfə 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə təmir edilmişdi. AAAF bu zalın təmirə ehtiyac olduğunu müəyyən edəndən sonra qüvvə sərf edilərək qısa zamanda lazımi işlər görüldü və hazırda Suraxanıda məşq körpücükləri üzərində yeniyetmə, gənc və daha yaşlı atletlər hazırlıqlarını yaxşı şəraitdə davam etdirə bilirlər.
Aaaf.az xəbər verir ki, Suraxanıdakı zalda məşqlərə SSRİ İdman Ustası, Əməkdar məşqçi, Fəxri Bədən Tərbiyəsi işçisi və idman xadimi, Beynəlxalq dərəcəli hakim Vahid Nəzərov rəhbərlik edir. 1980-ci ildən burada yeni nəsil ağır atletlər yetişdirən təcrübəli mütəxəssis görülən işlərdən razıdır. Müxtəlif vaxtlarda yerli icra hakimiyyəti orqanlarının, idman təşkilatlarının, nazirlik və federasiyanın onları diqqətdə saxladığını və köməklərini əsirgəmədiyini qeyd edib. O bildirib ki, bu zalda Əfqan Bayramov, Soltan və və Rizvan Kərimovlar, Mehman Arzumanov, Elmar Sulatov, Zahid Nəzərov, Natiq Həsənov, Nizami Paşayev, Natiq Həsənov, Allahyar Abışov, Nazim Mirzəyev, Təranə Abbasova və başqa tanınmış atletlər məşq etmiş, təcrübə artırmış, daxili və beynəlxalq yarışlara hazırlaşaraq uğur qazanıblar:
“Bu zal Azərbaycan ağır atletikası üçün böyük dəyər malikdir. Buradan çox sayda tanınmış atlet çıxıb, uğur qazanıblar. Sonuncu dəfə şəxsi müraciətimlə 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə təmir olunmuş zalımıza yenidən diqqət göstərilir. Buna görə Azərbaycan Ağır Atletika Federasiyasının rəhbərliyi, xüsusilə onun vitse-prezidenti Tofiq Heydərova təşəkkür edirəm. Son zamanlar federasiyada görülən işlər təqdir olunmalıdır. İnfrastruktura diqqət yetirilir, bizdə olduğu kimi digər zallarda da təmir-bərpa işləri aparılır. Bir müddət dopinq qalmaqalları ilə bağlı problemlər yaşansa da, indi vəziyyət düzəlməkdədir. Şərait olduqca, gənc nəsil də zallara axışacaq, biz də onları rahat hazırlayacağıq. Bir daha bu təmir-bərpa işlərinə görə federasiyaya təşəkkür edirəm”.