- Baxış sayı: 27
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 47
- Dekabr 05, 2025
- 0

İyunun 25-də gənclər və idman nazirliyi ilə “Qarabağ” futbol klubunun birgə təşkilatçılığı ilə adı çəkilən klubun futbolçuları Şuşa, Xankəndi, Ağdam və Füzuli şəhərlərində sakinlərlə görüşüblər. Allsport.az saytı xəbər verir ki, ilk olaraq futbolçular Şuşa şəhərində yerləşən 1 saylı məktəbin stadionunda azarkeşlərlə bir araya gəliblər. İsti və səmimi mühitdə keçən tədbirdə komanda üzvləri yerli sakinlərlə söhbət edib, uşaqlarla xatirə şəkilləri çəkdiriblər.
Sonra Qarabağ universiteti ilə tanışlıq və tələbələrlə görüş olub. Daha sonra qonaqlar bu təhsil ocağının İncəsənət fakültəsinin müəllim və tələbələrinin ifasında muğama qulaq asıblar.
Səfər çərçivəsində “Qarabağ” FK-nın heyəti doğma Ağdam şəhərinə baş çəkib, Cümə məscidini ziyarət ediblər. Ardınca ölkə çempionu olaraq kubokla birgə “İmarət” Kompleksini ziyarət ediblər. Sonda futbolçular Füzuli şəhərində yerli sakinlərlə görüşüblər.
Azərbaycan prezidenti İlham Əliyev 2024-cü il dekabrın 24-də ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı Azərbaycan idmançılarını Qarabağ və Şərqi Zəngəzur bölgələrinə səfərlər etməyə çağırmışdı.